Malayziyanın inzibati mərkəzi hesab edilən Putracaya şəhərində 10-cu hava balonları festivalı keçirilib.
Martın 28-də başlayan festival dörd gün davam edib. Budəfəki festivalda dünyanın 14 ölkəsindən gəlmiş 20 komanda iştirak edib.
Malayziya festivalı ABŞ-da və ya Avstraliyada keçirilən festivallar qədər böyük olmasa da, buradakı balonlar öz formaları ilə tamaşaçıların diqqətini cəlb edir.
Balonlar arasında başında tac olan çəhrayı rəngli fil, qırmızı osminoq və qara ayı balası daha çox marağa səbəb olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub