HBO telekanalı “Taxt-tac oyunları”nın pərəstişkarları üçün kvest (axtarış) buraxıb. Bunu xüsusi saytda etmək olar.
İştirakçılar müəyyən vaxt ərzində alt taxt aşkar etməlidirlər. Onlardan biri naməlum meşədə gizlədilib. HBO-nun “Twitter” səhifəsindəki məlumatda deyilir: “Altı taxt. Altı yer. Onları birinci kim tapacaq?”
Martın 5-də “Taxt-tac oyunları”nın rəsmi YouTube kanalında serialın son mövsümünün ilk tammiqyaslı treyleri təqdim edilib. Premyera aprelin 14-nə nəzərdə tutulub. Səkkizinci mövsüm altı seriyadan ibarət olacaq.
“Taxt-tac oyunları” serialı Corc Martinin “Buz və alovun nəğməsi” silsilə romanlarının motivləri əsasında çəkilib. Birinci mövsümün premyerası 2011-ci il aprelin 17-də baş tutub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub