Amerikalı məşhur gitaraçı Dik Deyl 81 yaşında vəfat edib.
AZƏRTAC BBC saytına istinadla xəbər verir ki, “Sörf gitaranın kralı” kimi tanınan Dik Deyl “Misirlou” musiqisi ilə məşhurlaşıb. Həmin musiqi rejissor Kventin Tarantinonun əfsanəvi “Pulp Fiction” filminin “soundtrack”lərindən biridir.
Musiqiçinin ölüm səbəbi barədə dəqiq məlumat verilməsə də, onun uzun müddətdir diabet və xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub