Aparıcı Zaur Baxşəliyev xalq artisti Könül Xasıyevanın məclisdə ovcuna pul qoyulmasına münasibət bildirib.
"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bildirib ki, bu cür hallara normal baxır:
"Bir dəfə Günayla məni aparıcı kimi toya çağırdılar. Çox mötəbər insan olduğu üçün razılaşdıq. Həm də çox, hədsiz çox qonorar verdilər. Sonra bir dəfə də Elməddin Cəfərovla Moskvaya toya getdim. Orada çıxış etdim, heç nə olmadı. Amma oynayanda ovcumu doldurdular. Dedim, daha niyə danışıram, elə oynayım da".
Qeyd edək ki, Elməddin hər zaman açıqlamasında toylara aparıcı kimi getmədiyini bildirib. Zaur isə bilmədən aktyorun toya getmə sirrini açıqlayıb.
Aktyor bir neçə il əvvəl saytımıza açıqlamasında "7 ildir toy dəvəti alıram, hər dəfədə başa salıram ki, getmirəm. Hətta zəng vurub 10 min də təklif edir. Mən bu məbləğdən imtina edirəm. Əgər on minə razılaşsam, sabah 7 minə də razılaşarıq. Qərar verdimsə, bitdi. Tərslik etmirəm, bacarmıram. Tamada deyiləm, ola da bilmərəm" sözlərini demişdi.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub