04 mart 2019 14:25
560

45 yaşlı aktrisa 25 yaşlı sevgilisi ilə öpüşərkən paparassilərə "hədəf" oldu

45 yaşlı aktrisa özünə 25 yaşlı sevgili tapıb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Britaniyanın tanınmış aktrisası Keyt Bekinsel (Kate Beckinsale) özündən 20 yaş kiçik Pit Deyvidsonla (Pete Davidson) münasibət qurub.

Onlar münasibətlərini təsdiqləmək üçün birlikdə getdikləri hokkey matçında ətrafdakılara fikir vermədən öpüşüblər.

Qeyd edək ki, ABŞ-lı komediya aktyoru olan Pit Deyvidson məşhur müğənni Ariana Qrande ilə bir müddət nişanlı qalıb.