Braziliyada ənənəvi karnaval start götürüb.
Ümumxalq bayramında ölkənin, demək olar, bütün sakinləri iştirak edirlər. Lakin ən irimiqyaslı və rəngarəng bayram tədbirləri Braziliyanın mədəni paytaxtında - Rio-de-Janeyroda keçirilir.
Bu günlər Braziliyaya milyonlarla xarici turist axışır.
Samba məktəbinin müsabiqə-paradı karnavalın mərkəzi hadisəsidir. Rəsmi açılış mərasimindən xeyli əvvəl şəhərin prospekt, bulvar və meydanlarında maskarad-parad başlayır. Bu yürüşü “küçə karnavalı” da adlandırırlar. Arzu edən hər kəs küçə şənliklərinə qatıla bilər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub