26 fevral 2019 14:24
1315

Nəsrindən estetik əməliyyat ittihamlarına iynəli cavab - FOTO

Məşhur aktrisa Nəsrin Cavadzadə estetik iddialarına cavab verib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, qardaş ölkədə yaşayan məşhur aktrisanın sosial şəbəkədə köhnə fotosu yayılıb. Əvvəl və sonrakı halı ilə bir-birindən kəskin şəkildə fərqlənən ulduzun görüntüləri müzakirələrə səbəb olub.

Məşhur aktrisa fotonu instaqram səhifəsində paylaraq "Estetik gözəli" fikirlərinə belə cavab verib: “Qlütendən, hər cür şəkərdən imtina et, 20 il fasiləsiz olaraq idman et ki, sənin də mənim kimi estetik gözəlliyin olsun”.