Kolumbiyalı məşhur müğənni Şakira İspaniyada vergidən yayınmaqda ittiham edilir.
"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, Kataloniyanın Espluqes-de-Lobreqat şəhər məhkəməsi müğənniyə qarşı ümumilikdə 14,5 milyon avro vergi iddiası irəli sürüb.
Şakira pulları Baham adalarında ofşor zonada yerləşən 14 şirkət vasitəsi ilə gizlədə bilib.
Müğənni bu il iyunun 12-də məhkəmədə ifadə verəcək.
Qeyd edək ki, Şakira 2012-14-cü illərdə "Barselona"nın məşhur futbolçusu Jerar Pike ilə İspaniyada yaşayıb. Vergi yayındarmaları da bu zaman baş verib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub