Amerikalı tanınmış aktyor Dik Miller ömrünün 91-ci ilində Kaliforniyada vəfat edib.
AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, aktyorun ölüm səbəbi açıqlanmır.
“Terminator” və “Gremlin” filmlərindəki rolları ilə tanınan aktyor karyerası ərzində 150-dən çox ekran əsərində rol alıb. O, həmçinin “Piranha”, “The Howling”, “A Bucket of Blood”, “The Little Shop of Horrors”, “Explorers”, “The Burbs and Small Soldiers” kimi filmlərdə baş rola çəkilib.
Aktyorun həyat və fəaliyyətinə həsr olunmuş “Bu oğlan Dik Millerdir” sənədli filmi lentə alınıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub