Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftə ölkədəki xam neft ehtiyatları 2 milyon barrel azalıb. Analitiklər ehtiyatların 1,8 milyon barrel azalacağını nəzərdə tuturdu.
ABŞ-dakı benzin ehtiyatları isə keçən həftə 3,8 milyon barrel artıb. Benzin ehtiyatlarının 2 milyon barrelədək azalması gözlənilirdi.
Ölkədə distillə edilmiş yanacaq istehsalı hesabat həftəsində 871 min barrel azalıb. İstehsalın 1,1 milyon barrel azalacağı planlaşdırılırdı.
Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir