Əfsanəvi müğənni Freddi Merkurinin həyat və yaradıcılıq yolundan bəhs edən “Bohem Rapsodiyası” adlı bioqrafik dramda baş rolu ifa edən Rami Malik “ən yaxşı aktyor” nominasiyasında ABŞ kinoaktyorları Gildiyası mükafatına layiq görülüb.
"İki sahil" Life.ru-ya istinadən xəbər verir ki, sözügedən nominasiyada Malikin rəqibləri “Hakimiyyət” filmindən Kristian Beyl, “Ulduz doğulub” filmindən Bredli Kuper, “Yaşıl kitab” filmindən Viqqo Mortensen və “Qara klan üzvü” filmindən Con Devid Vaşinqton olub.
Ən yaxşı qadın rolu nominasiyasında isə əsas mükafat “Arvad” filmində baş rolu ifa edən Qlenn Klouza nəsib olub.
Mükafat uğrunda onunla bərabər Ledi Qaqa, Oliviya Kolman, Melissa Makkarti, Emili Blant mübarizə aparıb. Xatırladaq ki, Qlen Klouz daha əvvəl həmin rola görə “Qızıl Qlobus” mükafatı ilə də təltif olunmuşdu.
Bədii filmdə ən yaxşı aktyor heyəti nominasiyasında “Qara Bəbir” fentezi filmi qalib olub.
Ən yaxşı ikinci plan aktyoru Maherşala Əli (“Yaşıl Kitab”), ən yaxşı ikinci plan aktrisası Emili Blant (“Sakit yer”) seçilib.
Dram serialında ən yaxşı aktyor heyəti nominasiyasında isə “Bu bizik” telelayihəsi qalib ayrılıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub