Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib. "İki sahil" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu “Səni axtarıram” proqramından birbaşa klinikaya göndərilib.
Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.
Bu məqamda qeyd edək ki, Rəmişin xəstə olması barədə ilk dəfə prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” proqramında məlumat vermişdi. O, ifaçının müalicə xərcinin 10 min manat olduğunu açıqlamışdı.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub