8 ay əvvəl aktrisa Kirsten Danst və Cessi Plemons cütlüyünün ilk övladı dünyaya gəlib.
Kirsten Ennis adlı qızına daha çox vaxt ayırdığı üçün “Uğur əldə et” komediyasının sikvelinə çəkilməkdən imtina edib. Hətta 10 milyon dollar qonorar da aktrisanı fikrindən döndərə bilməyib.
Danstın yaxınları isə bildirirlər ki, aktrisa qısa müddət ərzində özünü pəhriz və idman salonu ilə arıqlatmaq istəmir:
“Kirsten təklifə cavabı yubadır. Çünki artıq çəkidən xilas olmayıb və bunu etməyə tələsmir. O, idmanla məşğul olmağa nifrət edir və hazırda sakit həyatdan zövq qalır. Danstı qaçış zolağına çıxarmaq üçün isə çox pul lazım olacaq”.
Rejissorlar isə Kirstendən dişlərini düzəltdirmək və arıqlamağını tələb edirlər. Aktrisa isə onlara yox cavabını verir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub