24 yanvar 2019 15:13
1195

Fərhad Rəhimli Türkiyədə birinci yeri tutub

Azərbaycanlı tələbə Fərhad Rəhimli Türkiyədə vokalçıların müsabiqəsinin qalibi olub. Müsabiqə “TRT Music” telekanalı ilə yayımlanıb.

AZƏRTAC telekanala istinadla xəbər verir ki, yüzlərlə iştirakı arasından seçilmiş həmvətənimizin çıxışı hamını riqqətə gətirib. Onun ifası münsiflər heyətinin üzvü Koray Avcının və verilişin aparıcısı Duyqu Atakanın gözlərini yaşardıb.

Fərhad Rəhimlinin səsinin bənzərsiz olduğunu etiraf edən Koray Avcı deyib: “Qoy o, daha oxumasın, çünki mən ağlamaq istəmirəm”.

Müsabiqə şərtlərinə görə, qalib gəlmiş iştirakçının münsiflər heyətinin üzvü ilə duet oxumaq hüququ var. Fərhad bu hüququndan istifadə edərək bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı ilə duet oxuyub.