Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Nazirlikdən verilən məlumata görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub