Son illər məşhur müğənni Meraya Kerinin şəxsi həyatında bəxti gətirmir.
Əri Nik Kennenlə ayrılan müğənni milyarder Ceyms pekerlə qısa roman yaşasa da, cütlük toy ərəfəsində ayrıldı. Hazırda Meraya gənc rəqqas Brayan Tanaka ilə görüşür. Amma onların da münasibətini stabil adlandırmaq olmaz. Bununla yanaşı, Meraya keçmiş assistenti ilə də məhkəmə çəkişməsindədir.
2017-ci ildə keçmiş cangüdəni Maykl Anello seksual zorakılıq ittihamı ilə məhkəməyə müraciət etdi. Bir müddət sonra isə ulduzun şəxsi assistenti Stella Buloçnikov da eyni ittihamla məhkəməyə şikayət etdi. Bu yaxınlarda isə Meraya ilə köməkçisi Liana arasında qalmaqal baş verib. Keri bildirib ki, erməni əsilli Liana Şahnazaryan bir çox illər ərzində onu şantaj edir və susmaq müqabilində külli miqdarda pul alır. Şahnazaryanın əlində olan video rolikə görə Merayadan 8 milyon dollar tələb etməsi ulduzun səbrini daşırıb.
Meraya şikayət ərizəsində qeyd edib ki, Şahnazaryanın əlində həqiqətən də onun “şəxsi həyatı”na dair video çarx var. Onlardan bəziləri intim kadrlardır. Keri bildirib ki, köməkçisi qovulacağı təqdirdə bu videonu yaymaqla hədələyib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub