Mənzurə Musayeva son zamanlar qonağı olduğu bütün proqramlarda hər kəlməsinin əvvəlində, sonunda təklikdən şikayətlənir.
"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, 48 yaşlı xanım müğənni bu adətinə "Şou ATV" proqramında da sadiq qalıb.
Mənzurə "İnşallah, bu il bizə düşərli olsun. Tək qalanlar cütləşsinlər. Necə dedim?" deyib.
Onun bu ifadələri aparıcı Nanə başda olmaqla tamaşaçıların da gülüşünə səbəb olub.
Xatırladaq ki, müğənni "Hər şey daxil" və "5/5"də çıxdığı son efirlərində təklikdən bezdiyini, həyatında sevəcəyi şəxsin olmağını istədiyini bildirmişdi.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub