Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 41,6 min ton propilen (ondan 35 min ton əmtəəlik), 74,4 min ton polietilen, 76,6 min ton etilen, 7 milyon 284,9 min ton izopropil spirti və 87,4 min ton metanol (metil spirti) istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il sentyabrın 1-nə 6,3 min ton propilen, 0,7 min ton polietilen, 1 milyon 968,2 min ton izopropil spirti və 4,1 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Səkkiz ayda əsas kimya məhsullarından izopropil spirti istehsalı 22,1 faiz, metanol istehsalı 51,2 faiz azalıb. Propilen istehsalı 23,2 faiz, etilen istehsalı isə 15,3 faiz artıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir