“İki sahil” kfyrtv.com saytına istinadən xəbər verir ki , “True Company” şirkətinə məxsus boru xəttində baş verən sızma nəticəsində təxminən 5000 barrel xam neft “Ash Coulee” körfəzinə tökülüb.
Şirkətin sözcüsü Vendy Ovenin verdiyi məlumata görə, “Ash Coulee” körfəzində təmizlənmə işləri aparılsa da, çirklənmənin qarşısını tamamilə almaq mümkün olmayıb. O, həmçinin hava şəraitinin qarlı olmasının təmizlənmə işlərini yubadacağını və hələ ki 3400 barrel neftin körfəzdən təmizləndiyini bildirib. “True Company” sızmanı aşkar edən ötürücülərin hava şəraiti ilə əlaqədar olaraq işləmədiyini və təmizlənmə işlərinin təxirə salınacağını da qeyd edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir