İtaliya Deputatlar Palatası Trans Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə müzakirələri gələn həftəyə qədər təxirə salıb.
Bu barədə "Report" İtaliya KİV-inə istinadən xəbər verir.
Bununla da İtaliyanın baş naziri Güzeppe Konti yalnız gələn həftə hökumətin qaz kəmərinin tikintisi ilə bağlı niyyətinə, onun infrastrukturunun həyata keçirilməsi perspektivlərinə aydınlıq gətirə biləcək.
Əvvəlcədən C.Kontinin TAP ilə bağlı deputatların suallarını bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 17:00-da) cavablandıracağı güman edilirdi.
Qeyd edək ki, C.Kontinin hökumətin layihə ilə bağlı mövqeyini açıqlaması təşəbbüsünü ilk olaraq "Beş ulduz" hərəkatının dəstəyi ilə İrəli İtaliya Partiyası irəli sürüb.
Xatırladaq ki, bu ilin yayında C.Konti ABŞ prezidenti Donald Trampla ikitərəfli görüşü zamanı TAP layihəsini İtaliya və Aralıq dənizi regionuna enerji təchizatı istiqamətində strateji iş adlandırıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir