“Ward Energy Partners LLC” (WEP) müstəqil enerji şirkəti “Adams” və “Veld” qraflıqlarında yerləşən “Denver-Julesburg” (D-J) hövzəsindəki aktivlərini satıb.
“İki sahil” oilandgasinvestor.com saytına istinadən xəbər verir ki, alıcı şirkətin adı və nəzərdə tutulan satış şərtləri açıqlanmayıb. WEP enerji şirkəti 2014-cü ilin iyul ayında “Ward Petroleum Corp”, “E&P”, “Trilantic Capital Management LP” şirkətləri tərəfindən əsası qoyulub.
Şirkətin icraçı direktoru Deyv Stonun WEP-in 2014-cü ildən bəri D-J hövzəsinin operatoru olduğunu , bu günə qədər yüksək nəticələr əldə etdiyini və WEP qrupunun dərin texniki-ekspertizasının Koloradoda dünya standartlarının tələblərinə cavab verən bir aktiv olduğunu bildirib.
Qeyd edək ki, WEP şirkəti daha öncə sözügedən hövzədəki “Scoop” və “Hoxbar” aktivlərini satıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir