Cari ilin yanvar-avqust aylarında Azərbaycandan 19 milyon 934 min 911 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Səkkiz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 10 milyard 493 milyon 533 min ABŞ dolları olub.
AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 13 milyon 270 min 401 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 5 milyard 85 milyon 538 min dollar təşkil edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir