Çexiya hökuməti ölkənin Korolupi bölgəsində fəaliyyət göstərən və Azərbaycan neftinin alıcısı olan neft emalı zavodunun gücünün artırılmasını istəyir.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumu çərçivəsində Çexiyanın sənaye və ticarət naziri Marta Novakova jurnalistlərə bildirib.
“Azərbaycan nefti Korolupiyə göndərilir. Hazırda həmin neft emalı zavodunu Polşa şirkəti idarə edir. Hökumət onlarla zavodun gücünü artırmaqla bağlı danışıqlar aparır”, - o qeyd edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir