"Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı kiçik mübahisələr olsa da, layihə uğurla həyata keçiriləcək".
"Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bu gün jurnalistlərə açıqlamasında bildirib.
Cənub Qaz Dəhlizi layihəsi barədə danışan F.Birol onun gələcəkdə daha da genişlənə biləcəyini qeyd edib. BEA rəhbərinin sözlərinə görə, bu həm Azərbaycan, həm Türkiyə, həm də Avropa üçün önəmli inkişaf olacaq.Qonaq qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində hökumətlə həm neft-kimya, həm də alternativ enerji sahələrində daha hansı işlərin görülə biləcəyi müzakirə ediləcək: "Azərbaycana bu sahələrdə necə kömək edə biləcəyimizi açıqlayacağıq".
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir