2008-2017-ci illər arasında “Black Sea Terminal” - Kulevi Neft Terminalına 96 mln. ABŞ dolları sərmayə yatırılıb.
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.
Bu məbləğin 10 mln. dolları 2017-ci ilin payına düşüb.
2008-2017-ci illər ərzində terminal vasitəsilə daşınan məhsul həcmi isə 23 mln. ton olub. 2017-ci il ərzində bu göstərici 1 606 354 ton təşkil edib.
“Black Sea Terminal” - Kulevi Neft Terminalı 2008-ci ildən etibarən istismara verilib. Məlumata görə, istismara qədər investisiya xərcləri 233 mln. dollar həcmində olub.
Terminal Azərbaycan və Orta Asiya regionundan neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir