İtaliyanın neft nəhəngi olan “Eni” şirkəti Misirdə, “Western Desert” adlanan ərazidə yerləşən quyuda təbii qaz kəşfinə imza atıb. İlkin olaraq quyudan gündəlik 25 milyon kub fut hasilat əldə olunub. Kəşf “Faramid South” prospektindən 30 kilometr aralıda yerləşən “East Obayed” və “Melehia” formasiyasını hədəfə alıb. Quyunun 17000 fut dərinliyində qaz layları aşkar olunub.
“Eni” şirkəti quyunun yüksək potensiala malik olduğunu təsdiqləyib.
“İki sahil” kallanishenergy.com saytına istinadən xəbər verir ki, formasiyanın sahibi “AGIBA” şirkətidir və “Eni” və “Egyptian General Petroleum Corp” (EGPC) şirkətləri isə “AGİBA” şirkətinin birgə müəssisə şərikləridir.
Qeyd edək ki, “Eni” şirkətinin Misirdən əldə etdiyi gündəlik gəlirin ümumi həcmi 320000 barrel neft ekvivalentidir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir