Böyük Britaniyanın “Petrofac” şirkəti Şimal dənizindəki aktivlərini 292 milyon dollara satır.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, Britaniyanın Şimal dənizində neft və qaz operatoru olan “Ithaca Energy” şirkəti “Petrofac”ın “Greater Stella Area” layihəsindəki səhmlərinin 20 faizini alır. “Petrofac” törəməsi “Petrofac GSA Holdings Limited”in “Ithaca Energy”yə 292 milyon dollara satışına dair iki şirkət arasında müqavilə imzalanıb.
“Petrofac” bildirib ki, satınalma əməliyyatının 2019-cu ilin birinci rübündə başa çatması gözlənilir.
“Ithaca Energy”nin məlumatına görə, “Greater Stella Area” ərazisində 30 milyon barreldən çox təsdiqlənmiş və ehtimal olunan neft ehtiyatı var.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir