ABŞ-ın xam neft ehtiyatları yenidən azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,8 milyon barrel (1,4 faiz) azalaraq 408,4 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,5 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,8 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə dəyişməyərək 660 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) artaraq 234,3 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,5 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 0,7 milyon barrel azalmışdı.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir