“Brent” markalı neftin bir barrelinin qiyməti son 4 ayın minimumuna enib.
AZƏRTAC xəbər verir ki, “Brent” neftinin qiyməti aprelin 10-dan indiyədək ən aşağı səviyyəyə düşüb. Həmçinin “Brent”in qiyməti avqustun 15-i ilə müqayisədə təxminən 3 faiz ucuzlaşıb.
“Light” markalı neftin bir barrelinin qiyməti isə iyunun 21-dən bu vaxtadək minimum səviyyəyə enib.
Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 70,99 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 65,03 dollara alıcı axtarır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir