Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 milyon 169 min ton dizel yanacağı, 698,1 min ton avtomobil benzini, 134,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 348,9 min ton ağ neft, 138,8 min ton yanacaq mazutu, 47,1 min ton sürtkü yağları, 164,2 min ton neft bitumu və 151,7 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeddi ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 845,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 1,6 faiz çoxalıb.
Hesabat dövründə neft məhsullarından ağ neftin istehsalı 1,4 faiz, avtomobil benzininin istehsalı 4,4 faiz, yanacaq mazutunun istehsalı 43,1 faiz azalıb. Dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir