Keçən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 3,66 milyon barrel artaraq 410 milyon 860 min barrelə şatıb.
“Bloomberg”in sorğusuna görə, ehtiyatların 2,5 milyon barrel azalacağı nəzərdə tutulurdu.
Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları 6 milyon barrel azalmışdı.
Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir