"Azərbaycan, Türkiyə və Gürcüstan bütün dünyaya nümayiş etdirdilər ki, regionun əhalisinin rifahı üçün Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi böyük layihəni həyata keçirə bilərlər".
"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.
Onun sözlərinə görə, TANAP layihəsi vaxtından əvvəl icra edilib və bunu rekord hesab etmək olar.
Nazirin fikrincə, kəmər enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək.
"Layihənin həyata keçirilməsi ilə Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxacaq. Bundan əlavə, Türkiyənin regiondakı strateji rolu güclənəcək. TANAP-ın payına Türkiyəyə ümumi qaz idxalının 10%-i düşəcək. Bu, qaz tədarükünün şaxələndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir", - deyə A.Bayraktar bildirib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir