“Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyu qazılıb.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin ikinci rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunda qazma işləri bitib və hazırda bu quyuda tamamlanma işləri həyata keçirilir.
İstiqlal qazma qurğusu “SDD04” quyusunu tamamlayıb və sınaqdan keçirib, daha sonra isə “SDG04” quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDH02” quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib.
Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün artıq 14 quyu qazıb. Bunlardan yatağın şimal və qərb cinahlarının hər birində 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir