Cari ilin axırlarına qədər neftin bir barrelinin qiyməti 80 dollardan aşağı olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft”in idarə heyətinin sədri İqor Seçin “Rossiya-1” telekanalına verdiyi müsahibədə deyib.
İ.Seçin bildirib ki, “Rosneft”in builki büdcəsində neftin orta qiyməti 63 dollar/barrel nəzərdə tutulub: “Hazırda neftin qiyməti 75 dollar/barrel civarındadır. Neftin bir barrelinin qiyməti bu ilin sonunadək 75-80 dollar arasında dəyişəcək”.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2018-2024-cü illərdə neft qiymətinin tədricən azalacağını proqnozlaşdırır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir