Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Kharasaveyskoye” yatağını inkişaf etdirməyə hazırlaşır.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Gazprom” 2019-cu ildə “Kharasaveyskoye” genişmiqyaslı işlənməsinə başlayacaq.
“Bovanenkovskoye” yatağının şimalındakı “Kharasaveyskoye” təxminən 2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Bölgənin 2023-cü il üçün illik istehsal gücünün 32 milyard kubmetr olacağı gözlənilir.
“Kharasaveyskoye” yatağının inkişafından əvvəl hərtərəfli qaz artırma çəni, gücləndirici kompressor stansiyası qurulacaq, eləcə də bəzi digər infrastruktur işləri aparılacaq. Bundan əlavə, “Kharasaveyskoye”dən “Bovanenkovskoye”dək 100 kilometrlik qaz boru kəməri çəkiləcək. İnşaat müddətində əraziyə 1,5 milyon tondan çox avadanlıq və materiallar çatdırılacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir