Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 13 milyon 564 min 784 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Altı ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 945 milyon 438 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin birinci yarısında Azərbaycandan 9 milyon 707 min 174 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 3 milyard 839 milyon 227 min dollar təşkil edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir