SOCAR keçən il üzrə gəlirlərinin 84,5 milyard manatdan çoxunu satış və paylaşdırma, təxminən 5 milyard manatını emal, 2 milyard manatını neft və qaz, 1 milyard manatını isə tikintidən əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.
Qeyd edək ki, ötən il SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq təxminən 92,6 milyard manata çatdırıb. Şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artaraq 2,09 milyard manata yüksəlib. SOCAR ümumi aktivlərini isə 16 faiz yüksəldərək 61,3 milyard manata çatdırıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir