Polşanın “PGNiG” enerji şirkəti ABŞ-ın Texas ştatından iki milyard ton təbii mayeləşdirilmiş qazın daşınması ilə bağlı iyirmi illik saziş imzalayıb. "İki sahil" xəbər verir ki, sazişin imzalanmasında əsas məqsəd şirkətin qaz resurslarının artırılmasıdır.
“PGNiG” dövlət enerji şirkəti qazı Texasın Cefferson terminalından idxal edəcək. Saziş “Sempra LNG & Midstream and Venture Global LNG” şirkətinin qolu olan “Port Arthur LNG” ilə bağlanılıb. Texasdan Polşaya ilk qaz ehtiyatının 2023-cü ildə çatdırılması nəzərdə tutulub.
“PGNiG” bundan əlavə tezliklə “Calcasieu Pass” layihəsində “Shell”, “Edison”, “Galp” və BP kimi nəhəng qlobal şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.
Əlavə olaraq onu da bildirək ki, Polşanı illik 10 milyard kubmetr təbii qazla təmin edəcək “Baltik Kəməri” layihəsi üzrə işlər bu yaxınlarda tamamlanacaq. Layihə Polşanın Rusiyanın “Qazprom” şirkətindən asılılığına son qoya bilər.
Nubar Süleymanova, “İki sahil”
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir