2040-cı ilə qədər qlobal qaz istehlakının 90 faizindən çoxu şəhərlərdə formalaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Qaz Birliyi (IGU) və “Boston Consulting Group” tərəfindən nəşr olunan “Global Gas Report” hesabatında deyilir.
Bildirilir ki, inkişaf etməkdə olan ölkələrin mühüm təbii qaz infrastrukturuna sərmayələri ildə 35-55 milyard dollar arasında qiymətləndirilir.
Hesabata görə, 2035-ci ilə qədər qlobal enerji səbətində təbii qazın payı hazırkı 22 faizdən 24 faizədək artması gözlənilir.
“2017-ci ildə qaz tələbatının kəskin artmasına səbəb bazarın likvidliyi, çoxalan LNG bazarı ilə yanaşı, sənayenin üç əsas qolu - xərclərin rəqabət qabiliyyətliliyi, təchizat təhlükəsizliyi və davamlığıdır. İlkin məlumatlara görə, 2017-ci ildə qlobal qaz istehlakı son 10 ilin maksimumuna çatıb, əvvəlki illə müqayisədə 3,7 faiz səviyyəsində artıb və 5 il əvvəlki artım tempindən iki dəfə çox olub”, - deyə hesabatda qeyd edilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir