18 aprel 2017 21:45
668

Heydər Əliyev - iqtisadi islahatların banisi

Artıq bir neçə ildir ki, postneft dövrünə qədəm qoyan Azərbaycan iqtisadiyyatın  qeyri-neft sektorunun inkişafını prioritet elan edib. Ancaq bu o demək deyil ki, ölkə iqtisadiyyatı  bir neçə il əvvələ qədər yalnız neft amilinin üzərində qurulmuşdu. Postneft dövründə keçid prosesinin özü belə qeyri-neft sektorunun böyük bazaya malik olmasını tələb edir ki, indiyədək bunun üçün Azərbaycanda yetəri qədər münbit şərait yaradılıb. Bu münbit şəraitin əsası  isə ulu öndər Heydər Əliyevin  Azərbaycan hakimiyyətinə qayıdışı ilə qoyulub.   

Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə ki, o dövr­də­ki si­ya­si rəh­bər­li­yin sə­riş­tə­siz­li­yi, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si, bir  mil­yon­dan ar­tıq soy­da­şı­mı­zın doğ­ma yurd-yu­va­sın­dan di­dər­gin düş­mə­si, Azər­bay­ca­nın iq­ti­sa­di, si­ya­si, in­for­ma­si­ya blo­ka­da­sı­na alın­ma­sı öl­kə­nin so­si­al-iq­ti­sa­di hə­ya­tın­da xa­os ya­rat­mış­dı. Bununla da 1991-ci ildən başlayaraq öl­kə iq­ti­sa­diy­ya­tın­da ümumi daxili məhsul istehsalı hər il or­ta he­sab­la 16,5 fa­iz azalmış, is­teh­sal po­ten­sia­lının 2/3-i  hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci il­də inf­lya­si­ya sə­viy­yə­si əv­vəl­ki ilə nis­bə­tən 4,9 də­fə ar­ta­raq 1012,3 fa­iz təş­kil etmişdi ki, nə­ti­cə­də sonrakı illərdə bu rəqəm özü­nün ən yük­sək həd­di­nə - 1763,5 fai­zə ça­tmışdı. Bu dövrdə öl­kə iq­ti­sa­diy­ya­tı­na de­mək olar ki, xa­ri­ci sər­ma­yə qo­yul­mamışdı. Məhz bu sə­bəb­lə­rə gö­rə iş­siz­lik sə­viy­yə­si xeyli ar­tmışdı. 1991-ci il­dən baş­la­ya­raq 4 il ər­zin­də əmək­haq­qı 5,7 də­fə azalmışdı.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin qeyd etdiyi kimi "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək ulu öndər Heydər Əliyev iki halı xüsusi qeyd etmişdir: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".

Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı. Ulu Öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ÜDM istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, artıq  1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başlandı. Nəticədə öl­kə­də ma­liy­yə və­ziy­yə­ti sa­bit­ləş­di, iq­ti­sa­diy­ya­ta cəlb olu­nan in­ves­ti­si­ya­la­rın həc­mi il­dən-ilə art­dı, xal­qın hə­yat sə­viy­yə­si yük­səl­di. Ümummilli lider Heydər Əliyevin rəh­bər­li­yi ilə uğur­la hə­ya­ta ke­çi­ri­lən in­ki­şa­fı stra­te­gi­ya­sı sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na yö­nəl­miş təd­bir­lə­rin sis­tem­li­li­yi, döv­lət tən­zim­lən­mə­si­nin li­be­ral­laş­dı­rıl­ma­sı, döv­lət sa­hib­kar mü­na­si­bət­lə­ri­nin ins­ti­tu­sio­nal­laş­dı­rıl­ma­sı ilə xa­rak­te­ri­zə edi­lir.

Bu dövrdə sa­hib­kar­lı­ğın in­ki­şa­fı sa­hə­sin­də qə­bul olu­nan döv­lət proq­ram­la­rı­  ki­çik və or­ta sa­hib­kar­lı­ğın in­ki­şa­fı üz­rə döv­lət təd­bir­lə­ri­ Azər­bay­can döv­lə­ti­nin iq­ti­sa­di si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çe­vrilib. Məhz döv­lət proq­ram­la­rı, o cümlədən 1993-cü il­də təs­diq edi­lmiş  "Azər­bay­can­da sa­hib­kar­lı­ğın in­ki­şa­fı (1993-1995)" Döv­lət Proq­ra­mı­ çər­çi­və­sin­də iq­ti­sa­diy­ya­tın və sa­hib­kar­lı­ğın tən­zim­lən­mə­si sa­hə­sin­də mü­hüm təd­bir­lər hə­ya­ta ke­çi­ri­ldi. Bu isə  o de­mək­ idi ki, artıq vaxtdan başlayaraq sa­hib­kar­la­ra döv­lət ma­liy­yə dəs­tə­yi sis­te­mi for­ma­laş­dı­rı­lmağa başlamışdı. Bu dövrdə sa­hib­kar­lar üçün ver­gi yü­kü­nün azal­dıl­ma­sı is­ti­qa­mə­tin­də döv­lət sə­viy­yə­sin­də mü­əy­yən ad­dım­lar atı­ldı ki, nə­ti­cə­də də mən­fə­ət və əla­və də­yər ver­gi­si də­rə­cə­lə­ri, məc­bu­ri sı­ğor­ta haq­qı aşa­ğı sa­lı­ndı.  

Həmçinin dövlət-sahibkar münasibətlərinin inkişafı və tənzimlənmənin yeni istiqamətlər üzrə təşkil edilməsi məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. Bu məqsədlə ilk addım kimi 17 iyun 1996-cı il tarixində "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Fərmanla iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər keçirildi.

Sahibkarlığın inkişafındakı növbəti mərhələ 1997-2003-ci illəri əhatə edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" Fərman imzalandı.

Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları isə ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verdi.

Eyni zamanda, ölkəmizdə Azərbaycan Respublikasının "Sa­hib­kar­lıq fəaliyyəti haq­qın­da", "Tor­paq is­la­ha­tı haq­qın­da" qa­nun­la­rı­nın qə­bul olun­ma­sı bir da­ha gös­tə­rir ki, azad sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na döv­lət hər cür dəs­tək olur. Öl­kə­miz­də is­tər yer­li, is­tər­sə də xa­ri­ci və­tən­daş­lar, bir söz­lə, sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul olan hər bir kəs qa­nun­ve­ri­ci­lik­də qa­da­ğan olun­ma­yan bü­tün tə­sər­rü­fat for­ma­la­rı ilə məş­ğul ola bi­lər­lər.

Ulu öndər Hey­dər Əli­yev yer­li sa­hib­kar­lar­la gö­rü­şün­də (2002-ci il 25 ap­rel) de­yib: "Azər­bay­can döv­lə­ti­nin iq­ti­sa­di si­ya­sə­ti Azər­bay­ca­nın iq­ti­sa­diy­ya­tı­nı ba­zar iq­ti­sa­diy­ya­tı yo­lu ilə in­ki­şaf et­dir­mək­dən iba­rət­dir. Bu­nun üçün biz 1995-ci il­dən baş­la­ya­raq ar­dı­cıl sü­rət­də la­zım olan iq­ti­sa­di is­la­hat­la­rı hə­ya­ta ke­çi­ri­rik. Biz bu gün məm­nu­niy­yət his­si ilə de­yə bi­lə­rik ki, ar­tıq bi­zim iq­ti­sa­di si­ya­sə­ti­miz, hə­ya­ta ke­çir­di­yi­miz təd­bir­lər öz müs­bət nə­ti­cə­si­ni ve­rir və ver­mək­də­dir".

Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoyub. Bu isə bir daha onu deməyə imkan verir ki, hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların böyük tarixi var. Məhz o zamanlara söykənən bu tarix ölkə iqtisadiyyatına şaxələndirilmiş fəaliyyətlə yanaşı, böyük təcrübə və inkişaf yolu bəxş edib, Azərbaycanı geridə qalmış ölkədən Cənubi Qafqazın lider ölkəsinə çevirib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Ceyhun Piriyev, “İki sahil”

Ya­zı İq­ti­sa­diy­yat Na­zir­li­yi tə­rə­fin­dən KİV nü­ma­yən­də­lə­ri ara­sın­da elan edil­miş ya­ra­dı­cı­lıq mü­sa­bi­qə­si­nə təq­dim edi­lir