25 noyabr 2026 12:43
159

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

“İki sahil” xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.