24 noyabr 2026 10:04
136

Azərbaycan ilk dəfə olaraq 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci yerə çıxıb - Fərid Osmanov

"19 noyabr tarixində elektron hökumətin inkişafı indeksində Azərbaycan ilk dəfə olaraq 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci yerə çıxıb."

“İki sahil” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar” mövzusunda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, bu yüksək inkişaf etmiş ölkələr səviyyəsində ən yuxarı artım edən ölkə kimi Azərbaycan öz yerini tapıb: "Xüsusilə qeyd etmək lazımdır ki, bu indeksdə Azərbaycan onlayn xidmətlər indeksi alt komponentində dünya üzrə rəqəmsal transformasiya üzrə 11-ci yerə gəlib çatmışdır. Bu xüsusilə qeyd etmək lazımdır ki, rəqəmsal transformasiyada vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin təşkili əsas strateji hədəflərimizdən biridir. Təbii ki, bunun həyata keçirilməsində əsas rəqəmsal platforma, vahid pəncərə, bir pəncərə funksiyasını daşıyan myGov həyata keçirir". 

F. Osmanov qeyd edib ki, son il ərzində, son 2026-cı ilin 10 ayı ərzində istifadəçi bazamız myGov platformasında 2,2 dəfə artmışdır: "Artıq 5 milyon nəfəri unikal istifadəçimiz keçmişdir. Bunun 60 faiz hissəsi aylıq aktiv istifadəçidir. Xidmətlərin istifadəsi myGov vasitəsilə təqdim olunan xidmətlərdən istifadə 4,5 dəfə artmışdır. Məlumatlardan istifadə 2,2 dəfə artmışdır".