24 noyabr 2026 01:51
144

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil piyada - 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub.

X. Şirinov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

"Report"