14 noyabr 2026 13:24
69

İran kəşfiyyat xidmətində islahatlara başladı

İranın Kəşfiyyat Nazirliyinin tərkibində iki yeni xidməti - “Kəşfiyyatın mühafizəsi” və “Siyasi ideologiya” – xidmətləri yaradılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Malik Şəriəti Niyasər “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Sözügedən iki yeni xidmətin rəhbərləri İranın Ali Lideri Seyid Müctəba Xameneinin qərarı ilə təyin olunacaq. Eyni zamanda xidmətlərin rəhbərləri müctehid olmalıdır”, -deyə o qeyd edib.

Şəriəti Niyasər qeyd edib ki, bu xidmətlərin fəaliyyəti kəşfiyyat nazirinin fəaliyyətinin daha faydalı olması, Kəşfiyyat Nazirliyinin İranın Ali Lideri ilə tam şəkildə koordinasiya olunmasına şərait yaradacaq.

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyində sözügedən xidmətlərin yaradılması ilə bağlı qanunun 15 noyabrda İran parlamentində araşdırılacağı gözlənilir.