Argentinada baş verən qaz partlayışı nəticəsində bir nəfər ölüb, 30 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə Remedios de Eskalada şəhərində qeydə alınıb.
Məlumata görə, müəssisələrdən birində texniki xidmət göstərən işçilər ehtiyatsızlıqdan qaz boru kəmərini deşiblər. Nəticədə şəhərin ən işlək küçələrindən birində əvvəlcə yanğın, daha sonra isə güclü partlayış baş verib.
Hazırda yanğınsöndürmə xidmətləri hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı evlərin sakinləri təxliyə olunur.
“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb