14 noyabr 2026 08:01
90

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

İraq ABŞ hərbçilərinin himayəsi altında Hörmüz boğazı və Oman körfəzi vasitəsilə neft ixracını bərpa edib.

“İki sahil” xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.

Nazirin sözlərinə görə, Bağdadın diplomatik səyləri böhranların qarşısının alınmasına və ölkənin regional münaqişələrin nəticələrindən qorunmasına yönəlib.

F.Hüseyn regionda vəziyyətin hazırda “nə müharibə, nə də sülh” mərhələsində olduğunu bildirib. O, qarşıdurmanın yenidən başlaması və gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib.