Ukrayna müharibənin 1724-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 618 920 hərbçi, 12 472 ədəd tank, 25 731 ədəd zirehli döyüş maşını, 52 322 ədəd artilleriya sistemi, 2 271 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 756 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 136 ədəd yerüstü robot-texnika kompleksi, 607 083 ədəd PUA, 174 307 ədəd avtomobil texnikası, 5 192 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 905 xüsusi avadanlıq itirib.