13 noyabr 2026 00:21
55

Rusiyanın itkiləri açıqlandı - 1723-cü gün

Ukrayna müharibənin 1723-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 616 330 hərbçi, 12 471 ədəd tank, 25 720 ədəd zirehli döyüş maşını, 52 278 ədəd artilleriya sistemi, 2 269 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 756 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 130 ədəd yerüstü robot-texnika kompleksi, 605 923 ədəd PUA, 173 838 ədəd avtomobil texnikası, 5 192 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 899 xüsusi avadanlıq itirib.