10 noyabr 2026 22:32
83

Ukrayna bu ölkəyə antidron texnologiyaları verəcək

Ukrayna pilotsuz uçuş aparatları ilə mübarizə texnologiyalarını Polşaya verməyə razılaşıb, bunun müqabilində Varşava Kiyevə iki MiQ-29 qırıcısının tədarük imkanını nəzərdən keçirir.

“İki sahil” "WP Wiadomosci"yə istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Belə ki, müvafiq razılaşmalar iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi çərçivəsində müzakirə olunur.

Tomçikin sözlərinə görə, noyabrın 10-da Ukrayna antidron texnologiyalarını bölüşməyə hazır olduğunu təsdiqləyib.

Bu məsələ onun noyabrın 9-da Kiyevə səfəri zamanı müzakirə edilib. Ukrayna tərəfinə iki Polşa MiQ-29 qırıcısının verilməsi imkanı da nəzərdən keçirilib.

Varşava pilotsuz sistemlər, onlarla mübarizə vasitələri sahəsində Ukraynanın təcrübəsini əldə etməkdə maraqlıdır.