Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Alaxançallı, Çanaqçı, Zinzahal, Qaraqullar və Muşavaq ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən gələcək hədəflərlə bağlı yığıncaqlar keçirilib.
Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov iştirak edib.
Qeyd olunub ki, VIII Qurultayda Azərbaycanın müasir tarixində əldə edilmiş misilsiz nailiyyətlər dəyərləndirilib, qarşıdakı dövrün əsas vəzifələri də müəyyənləşdirilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, eləcə də cəmiyyətin birliyinin və həmrəyliyinin qorunması daim diqqət mərkəzində saxlanılmalı olan prioritet məsələlərdir.
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir